Sevginin yeni ünvanı.

Sevginin yeni ünvanı.

Sənətimdən dolayı uşaqlarla və gənclərlə çox sıx təmasda oluram. Gözümün qarşısında böyüyürlər, dəyişilirlər. Görkəmləri dəyişilir, düşüncələri dəyişilir, maraqları bir başqa cür olur. Bəzən qəbul eləməyimiz çox çətin olur. Guya indiki uşaqların daha çətin tərbiyə olunduğunu düşünürük. Amma bir az da yaddaşımızda qurcalansaq heç nəyin dəyişmədiyinin fərqinə varırıq. Dəyişən formadır. Hər şey olduğu kimidir. Məsələn, ” o vaxtkı” uşaqlar da artıq 13-14 yaşlarında ilk məhəbbətlərini kəşf edirdilər. Düzdü, o vaxt sevgi məktubları kağızlara yazılardı, xəlvətcə çantaya qoyulardı. Ya da bir rəfiqə…

Read More Read More

Həyatın gerçək üzü- yalanlar.

Həyatın gerçək üzü- yalanlar.

Həyatımızın vaz keçilməzləri var. Məsələn yalanlarımız. Guya hamımız ondan uzaq durmağa çalışırıq. Guya ona nifrət edirik, guya bizə onu deyəni bağışlaya bilmirik. Guya… Statistika deyir ki, bir insan bir gün ərzində irili – xırdalı 17 yalan deyir. Rəngi də varmış. Ağ rəngdə imiş. Onun ağ rəngdə olması qənaətinə kim gəlib bilmirəm, amma bunun açıqlamasını çox istərdim biləm. Bəli, ağ ya qara olmağını bilmirəm, amma çox şirinləri var. Məsələn, bərbad görünməyinə baxmayaraq ” bu gün çox yaxşı görünürsən” kimi yalan. Alababat…

Read More Read More

Bizim qazımız, bizim pazımız.

Bizim qazımız, bizim pazımız.

Bizdən möhkəmcə yapışıb yaxamızdan əl çəkməyən , bizi təmənnasız sevən yeganə şey problemlərimizdi. Deməli, bir müddət qabaq rayonun və nazirliklərin səlahiyyətli şəxsləri yığılıb bizim qəsəbəyə gəliblər. Camaatın dərdləri ilə yaxından və yerindəcə tanış olmaq üçün. Hər kəndin düz danışdığı üçün ” dəli” hesab edilən bir ağıllısı olur. Bizim kəndin də belə bir ağıllısı var. İki ayağını bir başmağa dirəyib ki, mən olmalı olan, lakin olmayan şeyləri deyəcəm. Bizim kənd qazlaşdırılmayıb, sadəcə qazlanıb. Qaz çəkilməyib, meşədən ağac kəsmək də qəti qadağan…

Read More Read More

Son bahar, payızın yağış dərdi.

Son bahar, payızın yağış dərdi.

Bir axşam taksidən düşüb payıza… Yox, taksidən düşmədik. Yay gününün gecəsində yatdıq, soyuq payız səhərində oyandıq. Bəli, hər şey çox gözəl, pəncərədən bax yağışa, romantlkaya dal. Hətta ” sənə məktub yazıram, yazıram ki, bağışla. Burda hava pis keçir, ara vermir yağışlar” şeirini də öz-özünə zümzümə elə. Yağış da özü üçün sıra – sıra , inci – inci yağsın deyərkən, beyin ordan səslənsin: bağışla, amma uşaqlar dərsə gecikir, onları səslə dursun. Səsləyirsən, oyadırsan. Romantika qeybə çəkilmiş durumda. Sən də bir sürü…

Read More Read More

Doğma məktəb, köhnə dərdlər.

Doğma məktəb, köhnə dərdlər.

Dərs ili də belə başladı. Görüntü belədi: əllərində gül – çiçək gül balalar məktəbə yollanırlar. Hər yan ağ, qara və qırmızı rəngdədi. Geyimləri və gülləri. Bu görüntüyə eynəkli və eynəksiz müəllim və müəllimələri də əlavə etsək tam bir ” salam, doğma məktəb” ovqatını almış oluruq. Keçək aysberqin görünməyən tərəflərinə. Gedək avqustun axırlarına. Bir aksion filmi izləmək istəyənlər bura yaxın əyləşsin. Bir direktor təsəvvür edin. Təhsil şöbəsinin müdirinin yanında dovşan, müəllimlərinin yanında şir. Dərs bölgüsü gəlib çatıb. Bu direktor bir saat…

Read More Read More

Скука, вернее, лень.

Скука, вернее, лень.

Ужасная штука- скука. Скука , согласно определениям словарей , вид отрицательно окрашенной эмоции или настроения , пассивное психическое состояние , характеризирующееся снижением активности , отсутствием интереса к какой- либо деятельности , окружающему миру и другим людям. Скука как правило , сопровождается раздражительностью и беспокойством, в отличии от апатии.   Скука сопровождает по жизни тех людей , которые не нашли в ней свое предназначение , мечтателей и любителей ” лёгкого счастья” , тех, которые не готовы работать засучив рукава… Многие утописты…

Read More Read More

“Oxutmuram əl çəkin”

“Oxutmuram əl çəkin”

Budur, efirdə sentyabrdı. Sentyabrı çox sevirəm. Bu bəlkə təhsillə bağlı adam olduğundandı, ya da qızlarımın doğum gününün sentyabra təsadüf etməsindəndi. Bu hətta ən çox sevdiyim meyvə olan şaftalının bu ayda yetişməsindəndi. Hər nə səbəb olur olsun , mən bu sentyabrı çox sevirəm. Ayın biri günü uşaqların əllərində gül-çiçək məktəbə gəlmələri , pilləkənin başında durub bitməz-tükənməz çıxış söyləyən direktoru gözləyərkən ayaqlarının birini götürüb o birini qoymaları və sair. Hələ birincilərin ” Tutu topu tutur” , ya da ” Ata ata ot…

Read More Read More

Biz və virtual dünya.

Biz və virtual dünya.

Sürətlə inkişaf edən texnoloğiya çağı və bu inkişafa uyğunlaşmaqdan başqa “çarəsi” olmayan bizlərin virtual aləm və həqiqi aləm arasında yaşadığı ikili həyatlar yaşayışımızı tamamilə ağuşuna almış vəziyyətdədir. İşlərin bu qədər asanlaşmasına və bir düymə ilə hər şeyin əlimizin altında olmasına baxmayaraq ruhumuzda daim nələrinsə əskikliyini duyuruq. Virtual aləmdə yazdıqlarımız, paylaşdıqlarımız, izlədiklərimiz bir cəhəti ilə bizim şəxsiyyətimizi, düşüncə tərzimizi ortalığa qoyur. Bu həyatda iki seçiminiz var: ya var olacaqsınız, ya da olmayacaqsınız. Var olsanız cavab verməli olduğunuz və tanımadığınız onlarla insan,…

Read More Read More

Добро и зло.

Добро и зло.

Понятия добро и зло противоположны. Они являются этическими категориями. Они связаны и соотносительны.Словом добро называются явления, действия, поступки, оцениваемые обществом или отдельным человеком положииельно. Словом зло называются явления, поступки, действия , оцениваемые обществом или отдельным человеком отрицательно. Развитие техники в истории человеческой цивилизации сыграло решающую роль, поэтому техника – это благо, добро. В то же время , техника , принесшая огромный вред человечеству , погубившая нормальные условия для жизни человека на Земле, является злом. Атомные электростанции – великое достижение науки…

Read More Read More

www.000webhost.com